Tərcümə bizi həmişə cəlb edib. Bəzi adamlar tərcüməni darıxdırıcı və maraqsız məşğuliyyət hesab edirlər. Ancaq onlar sözlə işləməyin nə dərəcədə maraqlı və cəzbedici ola biləcəyini təsəvvürlərinə belə gətirmirlər. Söz hər şeyə qadirdir. Atalar demiş, söz var, kəsər savaşı, söz var, kəsdirər başı. Hətta ən kiçik söz və ya hərf səhvi də böyük faciələrə yol aça bilər. 1962-ci ildə Venera planetinə istiqamətlənən "Mariner-1" kosmik aparatının bort kompüterinin kodunda yalnız bir simvolun olmaması NASA-ya 80 milyon dollara başa gəlmişdi. Daha sonra bu hadisə haqqında yazırdılar ki, "Mariner-1" "dünyanın ən bahalı defisi tərəfindən məhv edildi". “Dilli Balıq” Tərcümə Bürosu üçün sizin nailiyyətləriniz yüksək dəyərə malikdir. Böyük işlərdə isə ən kiçik detal da vacibdir. Bu səbəbdən də, biz, ingilislər deyən kimi, heç vaxt "kiçik bir sızıntının böyük bir gəmini batırmasına" imkan vermərik.
- Sizə uğurlar diləyi ilə, "Dilli Balıq" komandası0%HƏR BİR CÜMLƏNİN ÜZƏRİNDƏ DÖNƏ-DÖNƏ İŞLƏYİRİK | 0%İŞİMİZİ SEVİRİK. LAYİQLİ NƏTİCƏLƏRİ YALNIZ BU CÜR ƏLDƏ ETMƏK OLAR |
0%SİFARİŞİ VAXTLI-VAXTINDA TƏHVİL VERİRİK | 0%DAİMA ÖYRƏNİRİK. BİLMƏDİKLƏRİMİZİ ÖYRƏNMƏYƏ ÇALIŞIRIQ. |
0%HƏFTƏNİN 7 GÜNÜ MÜŞTƏRİLƏRİMİZİN XİDMƏTİNDƏYİK | 0%TƏRCÜMƏLƏRİMİZ ÜÇÜN MƏSULİYYƏT DAŞIYIRIQ |
0%TƏRCÜMƏNİN REDAKTƏ VƏ TƏSHİH PROSESİNƏ ETİNASIZLIQ GÖSTƏRMİRİK | 0%LİNQVİSTİK MƏSLƏHƏT VƏ MÜZAKİRƏLƏRƏ HƏMİŞƏ AÇIĞIQ |
0%MÜŞTƏRİNİN HƏR İSTƏYİNƏ HƏSSAS YANAŞIRIQ | 0%MƏLUMATLARINIZIN TAM MƏXFİLİYİNƏ ZƏMANƏT VERİRİK |
Biz onların keyfiyyətə sadiqliyini və yüksək peşəkarlığını həmişə yüksək qiymətləndirmişik. Tərcümə layihələri hər zaman keyfiyyəti ilə seçilir və vaxtında təhvil verilir.
- Qafarov K.“Dilli Balıq” tərcüməçiləri Azərbaycan, ingilis və rus dillərində texniki terminologiyanı dərindən bilirlər.
- Piriyev N.N.“Dilli Balıq” mükəmməl iş nümayiş etdirdi. Onlar qısa vaxt çərçivəsinə sürətlə uyğunlaşaraq bizə nümunəvi xidmət təqdim etdilər.
- Fiona RiçardsBu podratçının işini yalnız “əla” kimi qiymətləndirmək mümkündür. Biz onları peşəkar tərcümə şirkəti kimi inamla tövsiyə edirik.
- İnarə QuliyevaOnlar yüksək səviyyəli xidmətləri, həmişə əlaqədə olmaları, istənilən, hətta ən təcili (30 dəqiqə ərzində icra edilməli) sorğularımıza belə operativ cavab vermələri ilə fərqləniblər.
- Vasif MəmmədovOnların mətnlərini redaktə etməyə ehtiyac olmur. Bu, həm vaxtımıza qənaət edir, həm də öz müştərilərimizə daha yüksək səviyyəli xidməti göstərməyimizə imkan yaradır.
- Lana Lyapina*Xarici dilə tərcümə zamanı prosesə bu dilin daşıyıcısı cəlb edilə bilər. Bu isə tərcümə edilən mətnin həm dilin norma və standartlarına tam müvafiq olmasını, həm də onun təbii səslənməsini təmin edir.
**Bu və ya digər tərcümə növünün seçimi təqdim etdiyiniz sənədin təyinatından asılıdır. Sənəd geniş oxucu kütləsi üçün nəzərdə tutulubsa, biz yüksək keyfiyyətli tərcümədən istifadə etməyi məsləhət görürük. Sənəd sizə şəxsi və ya şirkətdaxili istifadə üçün lazımdırsa, biznes-tərcümə səviyyəsi kifayətdir.
Yüksək keyfiyyətli tərcümə
Mövzunun əhatə dairəsindəki norma və standartlara tam cavab verən ciddi və dəqiq ifadə tərzi tələb edən xüsusi mətnlər və şirkətlərin yerli bazarda imicini təmin edəcək vacib materialların tərcüməsi üçün təklif olunur.
Yüksək səviyyəli tərcümənin həyata keçirilməsi üçün biz mətn üzərində üçmərhələli iş prosesi tətbiq edirik. Prosesə aşağıdakı mərhələlər daxildir:
1. peşəkar tərcümə,
2. yüksək kvalifikasiyalı elmi redaktorun tərcüməni yoxlaması,
3. korrektor tərəfindən sonuncu təshih və qəlibə salınma.
Elmi redaktor tərcüməni ilkin materialla tutuşdurur, adekvatlığı, terminlərin yerində və düzgün işlədilməsini yoxlayır, üslub qüsurlarını aradan qaldırır və mətnin stilistik vəhdətini təmin edir.
Korrektor mətndə qrammatik səhvləri, orfoqrafiyanı, rəqəmləmənin düzgünlüyünü, ölçü vahidlərinin yazılışını, şərti ixtisarları, mündəricatı və digər məqamları yoxlayır.
Biznes-tərcümə
Biznes-tərcümə şəxsi və şirkət daxili sənədlərin tərcüməsi zamanı istifadə olunur.
Sənəd üzərində iş prosesi iki mərhələdən ibarətdir:
1. tərcümə
2. və korrektorun yoxlaması.
Bu qəbildən tərcümələrdə mətnin dərin redaktə işi nəzərdə tutulmur. Tərcümə yalnız korrektor tərəfindən yoxlanılır və bu zaman durğu, qrammatika və orfoqrafiya səhvləri düzəldilir.
Təfərrüatlı kommersiya təklifi almaq üçün [email protected] elektron ünvanına yazın və ya onlayn operatorumuza sual verin.