+99412 555 25 51 +99451 756 11 33 +420 608 910 706 [email protected]
AZ RU EN
Азербайджанский
Английский
Арабский
Башкирский
Белорусский
Болгарский
Венгерский
Грузинский
Испанский
Итальянский
Казахский
Киргизский
Китайский
Молдавский
Немецкий
Польский
Русский
Словацкий
Таджикский
Татарский
Турецкий
Туркменский
Узбекский
Украинский
Фарси
Французский
Хинди
Чешский
DEMƏYƏ SÖZ TAPMIŞAMDEMƏYƏ SÖZ TAPMIŞAM
/ Заметки и статьи

DEMƏYƏ SÖZ TAPMIŞAM

Dil  ünsiyyət vasitəsidir. Eyni zamanda danışanın vizit kartıdır. Gözəl fikri gözəl sözlərlə çatdırmaq isə öz dilinə məhəbbətin, ünsiyyətdə olduğun insana xoş münasibətin və sizin zəngin daxili dünyanızın göstəricisidir.

 

Dil söz ehtiyatı ilə gözəlləşir.

  1. Kamil, əntiqə – möhtəşəm, mükəmməl, gözəl, əla

Hərdən dilimizdə qarğışın sayı alqışın sayından çox olur. Pis söz dilimizə tez yapışır. Söyüş söyməyi, təhqir eləməyi yaxşı və tez öyrənirik. Amma kimisə tərifləmək, xoş söz demək, işinin əla olduğunu demək üçün söz ehtiyatımız kifayət eləmir. Mükəmməl əsər, möhtəşəm fikir, əntiqə mal, gözəl iş,  əla söz desək dilimizə xələl gəlməz, həmsöhbətimizin əhvalı da xoş olar. Dilimiz də kamilləşər.

  1. Qəhqəhə çəkmək – gülmək, uca səslə

    gülmə, şaqqanaq çəkmək

Gülməyi hamı bacarır. Uca səslə gülməyi isə az adam. Uca səslə güldürməyi də bacarmaq lazımdır. Şaqqanaq çəkmək də gülməkdir. Amma bir az qəhqəhə çəkməkdən zəifdir. Qəhqəhə çəkmək artıq bütün sədləri, hüdudları dağıtmaq, dünyanı lərzəyə salmaqdır. Nə isə çox böyük bir güc var onda. İblisanə.

  1. Bərbad – pis, xarab, bulanmış, çirkli, kirli

Hərdən gözəl işlərin, əşyaların, məfhumların adı çox olur. Şeirlərdə istifadə etmək üçün bizim şairlər hər dildən bir söz götürüblər ki, dilləri zəngin olsun. Hərdən də bərbad şeylərin adları çoxalır ki, eyni çirki, kiri və naqisliyi tez-tez deməsinlər. Bərbad sözü bütün bulanmış və xarab olmuşların əvəzinədir. Hərdən pis sözləri də dəyişmək lazımdır.

  1. Mücəssəmə – heykəl, abidə

Heykəl və abidə quru, cansız, hərəkətsiz, donmuş, həyatla vidalaşmış olsalar da, mücəssəmə əsl həyata bağlı, indi, burada , bizim yanımızda yaşayan böyük, nəhəng, dərin və canlı insandır, bəşəriyyətin çatdığı ən yüksək dəyərlərin mücəssəməsidir, timsalıdır.

  1. Timsal – şəkil, əks, oxşama, bənzəmə, məsəl, misal, nümunə

Bizi kim təmsil edəcək? Bizim nümunəmiz, misalımız, oxşarımız, nümunəmiz, bizdən olub bizə bənzəyən, bizi təmsil edən nümayəndəmiz. O bizdən biridir. O bizim timsalımızdır.

  1. Ahənrüba – maqnit

Ahən farsca dəmir, rüba isə çəkən deməkdir. Tam mənası keyfiyyətinin adına uyğun olaraq dəmirçəkəndir. Tozsoran kimi düzəlmiş sözdür, fars dilində olsa da. Nə fərqi var, olmasın Avropa sözü, olsun fars sözü. Amma söz də gözəl səslənir. Elə bil mahnı oxuyursan. Az qalırsan sözün özünə yapışasan!

  1. Ülfət – xoş münasibət, alışma, ünsiyyət, görüşmə, söhbətləşmə, dostluq, məhəbbət, həmrəylik, yekdillik

Bir sözün nə qədər mənası varmış. Kiminləsə ülfət yaratmaq, münasibətlərin hansı səviyyəyə qalxmasını göstərə bilər. Dostunla da, sevgilinlə də, həmkarlarınla da ülfət yarada bilərsən. İsti, xoş, qılıq münasibətlər insana rahatlıq gətirir.

  1. Əhsən – afərin, çox gözəl, çox yaxşı, çox göyçək

Yəni dilimizdə sözmü yoxdur ki, rusların “молодец” sözünün ümidinə qalmışıq. Əhsən, halaldır, halal olsun, afərin demək olmazmı?!

  1. Şeh – jalə, şəbnəm

Hamının bir şirə adı kimi qəbul etdiyi bu söz əslində şehin digər adıdır. Bir adı da var, şirənin yox, şehin. Şəbnəm.

  1. Üz, sifət – çöhrə, bəniz, hüsn, sima

Əsl şairanə sözlərdir. Solğun bəniz, gözəl çöhrə, hüsnünə aşiq, nurlu sima. Qız adlarının çoxu bu sözlərdən yaranıb. Gülbəniz, Gülçöhrə, Hüsniyyə. Mələksima ad olmasa da səmalardan yerə enmiş gözəl Huriləri xatırladır.

  1. Arvad – zövcə, övrət

Heç kimin arvad sözündən xoşu gəlmir. Hətta arvadların özlərinin də. Əvəzinə hamı həyat yoldaşı, uşaqlarımın anası, daha bir neçə ifadədən istifadə edir ki, bu sözdən qaçsın. Hətta arvad deməzdən qabaq üzr istəyənlər də var. Bəlkə bu sözdən ancaq nikah kağızında istifadə edək? Adi həyatda isə bu mənim zövcəmdir və ya bu mənim övrətimdir deyək? Utanmaq və üzr istəmək də lazım gəlməyəcək.

  1. Lətif, lətafət, lütfkar – incə, mülayim, xoş, gözəl, şirin, nazik

Bir kişiyə “siz çox mülayimsiniz, incəsiniz, gözəlsiniz və ya şirinsiniz” deyib ona minnətdarlıq edə bilməzsiniz. Bu sözləri ancaq qadına demək olar. Bəs, əgər kişi centlmendirsə, doğma dilimizdə ona bunu necə çatdırmaq olar ki, özünü narahat hiss etməsin. “Siz çox lütfkarsınız” demək ,  fikrimizcə, onun xoşuna gələ bilər. Mədəni, tərbiyəli, diqqətli, qadına qarşı mülayim olduğunu onun özünə çatdırmaq üçün. Hərdən “çox sağ olun demək” yetmir.

  1. Səhv – qüsur, qəbahət , qələt

Qələt sözü uşaqlara o qədər deyilib ki, mənfi çalar alıb. Molla Nəsrəddin lətifələrindən “Qələt yağ küpəsindədir” sözləri ilə bitən əhvalatı xatırlayın. Amma qəbahət sözünün səslənməsi gözəldir. Hətta mahnılarımızın birində də var. Qüsur isə Türkiyə türkcəsində çoxdan səhv sözünü əvəz edib, kusur formasında. “Kusura bakma , abi” kəlmələri dillərindən düşmür. Amma əslində biz əvvəllər daha çox işlədirdik.

  1. Toy – düyün

Toy sözü əvvəllər bayram sözünü, düyün sözü isə toy sözünü əvəz edib. Qoşa sözlər onların açarıdır. Toy-bayram etmək böyük tədbirlərin, toy-düyün etmək isə iki sevəni düyünləmək, yəni bir-birlərinə bağlamaqdır. Bağlamaq da, bağça da eyni mənadır. Güllü-çiçəkli bağı pis gözlərdən bağlayarlar. İki sevən qəlbi bir-birinə bağlayarlar. Yəni düyünləyərlər. Düyün edərlər.

  1. İstəmək – diləmək

Dilənməklə qarışıq salmayın. Diləmək şahların sözüdür. “Dilə məndən, nə dilərsən”. Arzu sözünün digər variantı “dilək” elə diləmək sözündən yaranıb. “Mənim arzum var” ifadəsininin əvəzinə “Mənim diləyim var” demək də mümkündür. Allah diləyinizə yetirsin.

Ziya M.

No comments
Post a Comment

Свежие Записи

Mədəniyyət sahəsində fəaliyyət göstərən menecerlər üçün onlayn kurslarSound of a womanГоворите по-английски красивоDEMƏYƏ SÖZ TAPMIŞAMHomo faber vs. Homo ludens

Рубрики

Отзывы на книгиЗаметки и статьиПромо статьиРассказы