+99412 555 25 51 +99451 756 11 33 office@babfish.az
AZ RU EN

“Dilli Balıq”
Tərcümə Bürosu

Nailiyyətlərinizə linqvistik dəstək

“Dilli Balıq” Tərcümə Bürosuna xoş gəlmisiniz!

Tərcümə bizi həmişə cəlb edib. Bəzi adamlar tərcüməni darıxdırıcı və maraqsız məşğuliyyət hesab edirlər. Ancaq onlar sözlə işləməyin nə dərəcədə maraqlı və cəzbedici ola biləcəyini təsəvvürlərinə belə gətirmirlər. Söz hər şeyə qadirdir. Atalar demiş, söz var, kəsər savaşı, söz var, kəsdirər başı. Hətta ən kiçik söz və ya hərf səhvi də böyük faciələrə yol aça bilər. 1962-ci ildə Venera planetinə istiqamətlənən "Mariner-1" kosmik aparatının bort kompüterinin kodunda yalnız bir simvolun olmaması NASA-ya 80 milyon dollara başa gəlmişdi. Daha sonra bu hadisə haqqında yazırdılar ki, "Mariner-1" "dünyanın ən bahalı defisi tərəfindən məhv edildi". “Dilli Balıq” Tərcümə Bürosu üçün sizin nailiyyətləriniz yüksək dəyərə malikdir. Böyük işlərdə isə ən kiçik detal da vacibdir. Bu səbəbdən də, biz, ingilislər deyən kimi, heç vaxt "kiçik bir sızıntının böyük bir gəmini batırmasına" imkan vermərik.

- Sizə uğurlar diləyi ilə, "Dilli Balıq" komandası
Biz kimik?
“Dilli Balıq” Tərcümə Bürosu gənc, daim inkişaf edən, əsas məqsədi müştərilərə gözlədiklərindən də artığını vermək olan həmfikirlər birliyidir. 7 illik fəaliyyətimiz ərzində biz təkcə peşəkar tərcüməçilər kimi deyil, həm də sifarişçilərimizin qarşılarına qoyduqları məqsədlərə çatmağında maraqlı olan bir tərəfdaş kimi tanınmağa müvəffəq olmuşuq. Daimi müştərilərimiz arasında nəinki şirkətlər və dövlət qurumları, hətta son dərəcə məxfi məlumatlarını belə bizə etibar edən fərdi şəxslər də yer alır.
Biz nə ilə məşğuluq?
“Dilli Balıq” Tərcümə Bürosu əsas 3 dil – Azərbaycan, ingilis və rus dilləri üzrə ixtisaslaşır. Buna görə də, şirkətimizin bu dillərə etdiyi tərcümələr mükəmməllik həddinə çatdırılır. Biz mətnləri hərtərəfli cilalama prosesindən keçiririk:
  • Tərcümə;
  • Tərcümənin orijinal mətnlə tutuşdurulması;
  • Mətnlərin hədəf dilin stilistikası və mövzu xüsusiyyətləri baxımından redaktəsi;
  • Təshih, qrammatik və hərf səhvlərinin aşkar edilib düzəldilməsi;
  • Mətnin qəlibə salınması, onun orijinalla eyni formaya gətirilməsi.
Bunu necə edirik?
Dil canlı varlıqdır. O, daima dəyişir: yeni sözlər yaranır, köhnəlmiş sözlər istifadədən çıxır, xarici sözlər qəbul olunur. Onu da nəzərə almaq lazımdır ki, eyni səslənən ifadə müxtəlif dillərdə tamamilə fərqli, gözlənilməz mənalar daşıya bilər. Keyfiyyətli tərcümə heç də ayrı-ayrı sözlərin hədəf dilə çevrilməsi deyil, bu, daha mürəkkəb bir prosesdir. Məhz bu səbəbdən, sözün ən incə məna çalarını tutmaq, məzmundan asılı olaraq onu digəri ilə əvəz etmək, sinonimlər arasından ən münasibini seçmək kimi yalnız insanın qadir olduğu əməliyyatların kompüter tərəfindən həyata keçirilməsi üçün uzun müddət, bəlkə də onilliklər tələb olunacaq.
Müxtəlif mövzulu mətnlər tərcümə zamanı diqqətin fərqli məqamlara yönəldilməsini tələb edir.
Bədii tərcümə zamanı biz aşağıdakıları təmin etməyə çalışırıq:
  • ilkin materialdakı fikrin çatdırılması,
  • məzmunla uyğunluq,
  • hədəf auditoriyaya (marketinq, reklam mətnlərində) tanış olan ifadələrdən istifadə olunması,
  • ifadə tərzinin üslubi gözəlliyinin təmin edilməsi.
Nəticədə, elə təəssürat yaranır ki, bu mətn tərcümə edilməyib, o, elə həmin dilin özündə yaradılıb .
Texniki, hüquqi və maliyyə sənədlərinin tərcüməsi zamanı aşağıdakılara böyük diqqət yetirilir:
  • tərcümədəki dəqiqlik və səliqə,
  • müvafiq sahədə (sığorta, neft-qaz sənayesi, aviasiya, maliyyə, hüquq və s.) qəbul edilmiş terminologiyadan istifadə,
  • ifadələrin səlisliyi və sadəliyi,
  • formata riayət (çertyojlar, sxemlər).
DAVAMI

Niyə məhz biz?

0%HƏR BİR CÜMLƏNİN ÜZƏRİNDƏ DÖNƏ-DÖNƏ İŞLƏYİRİK
0%İŞİMİZİ SEVİRİK. LAYİQLİ NƏTİCƏLƏRİ YALNIZ BU CÜR ƏLDƏ ETMƏK OLAR
0%SİFARİŞİ VAXTLI-VAXTINDA TƏHVİL VERİRİK
0%DAİMA ÖYRƏNİRİK. BİLMƏDİKLƏRİMİZİ ÖYRƏNMƏYƏ ÇALIŞIRIQ.
0%HƏFTƏNİN 7 GÜNÜ MÜŞTƏRİLƏRİMİZİN XİDMƏTİNDƏYİK
0%TƏRCÜMƏLƏRİMİZ ÜÇÜN MƏSULİYYƏT DAŞIYIRIQ
0%TƏRCÜMƏNİN REDAKTƏ VƏ TƏSHİH PROSESİNƏ ETİNASIZLIQ GÖSTƏRMİRİK
0%LİNQVİSTİK MƏSLƏHƏT VƏ MÜZAKİRƏLƏRƏ HƏMİŞƏ AÇIĞIQ
0%MÜŞTƏRİNİN HƏR İSTƏYİNƏ HƏSSAS YANAŞIRIQ
0%MƏLUMATLARINIZIN TAM MƏXFİLİYİNƏ ZƏMANƏT VERİRİK

Keyfiyyəti necə təmin edirik

Bizim üçün əsas keyfiyyətdir!
Çünki aşağı keyfiyyətin bizə yüksək keyfiyyətdən daha baha başa gələcəyini başa düşürük.
Sahənin ən yaxşı peşəkarlarının cəlb edilməsi və saxlanılması
  • Tərcüməçilərin ciddi şəkildə seçilməsi
  • Onlar üçün ağlabatan motivasiya sisteminin yaradılması
  • Dil daşıyıcılarının cəlb edilməsi
Qısa müddətdə böyük layihələr
  • Müasir tərcümə proqramlarından istifadə
  • Böyük layihələrdə vahid terminologiyanın təminatı
  • Geniş terminologiya bazasından istifadə imkanı
Keyfiyyətə nəzarət
  • 3 mərhələli tərcümə prosesi
  • Tərcümələrin keyfiyyətinin müntəzəm monitorinqi
Yüksək keyfiyyətli xidmət
  • Həftənin 7 günü müştərilərə xidmət
  • Tam linqvistik məsləhət dəstəyi
  • Sifarişlərin sürətlə işlənməsi

Xidmətlər

Yazılı tərcümə
Redaktə, təshih, format
Audio-yazıların, altyazıların tərcüməsi
Sinxron və ardıcıl şifahi tərcümə. Tələb olunarsa, sinxron tərcümə üçün avadanlıq da təmin olunur.
Sənədlərin notariusda təsdiqlənməsi. Bu xidmət yalnız korporativ müştərilərə göstərilir.
Dillərlə əlaqədar olan digər xidmətlər:
  • terminoloji lüğətlərin hazırlanması,
  • sosial şəbəkələrin müxtəlif dillərdə moderatorluğu və monitorinqi,
  • kopiraytinq (reklam, təqdimat mətnlərinin yazılması),
  • işə qəbul zamanı tərcüməçilərin yoxlanılması

Biz onların keyfiyyətə sadiqliyini və yüksək peşəkarlığını həmişə yüksək qiymətləndirmişik. Tərcümə layihələri hər zaman keyfiyyəti ilə seçilir və vaxtında təhvil verilir.

- Qafarov K.
Müştərilər üzrə Menecer
Nokia Solutions and Networks Baku

“Dilli Balıq” tərcüməçiləri Azərbaycan, ingilis və rus dillərində texniki terminologiyanı dərindən bilirlər.

- Piriyev N.N.
İdarə Heyətinin Sədri
Azərbaycan Metanol Şirkəti

“Dilli Balıq” mükəmməl iş nümayiş etdirdi. Onlar qısa vaxt çərçivəsinə sürətlə uyğunlaşaraq bizə nümunəvi xidmət təqdim etdilər.

- Fiona Riçards
Nəşr və Tədbirlər üzrə Baş Menecer
Bakı-2015 Əməliyyat Komitəsi

Bu podratçının işini yalnız “əla” kimi qiymətləndirmək mümkündür. Biz onları peşəkar tərcümə şirkəti kimi inamla tövsiyə edirik.

- İnarə Quliyeva
Baş Nümayəndə
HP Azərbaycan

Onlar yüksək səviyyəli xidmətləri, həmişə əlaqədə olmaları, istənilən, hətta ən təcili (30 dəqiqə ərzində icra edilməli) sorğularımıza belə operativ cavab vermələri ilə fərqləniblər.

- Vasif Məmmədov
Ölkə üzrə Menecer
Traserko Azərbaycan

Onların mətnlərini redaktə etməyə ehtiyac olmur. Bu, həm vaxtımıza qənaət edir, həm də öz müştərilərimizə daha yüksək səviyyəli xidməti göstərməyimizə imkan yaradır.

- Lana Lyapina
Əməliyyat Direktoru
AXA MBASK

Layihələr

Fəaliyyətimiz ərzində 1,5 milyondan çox söz tərcümə etmişik. Hər gün bu göstərici bir az da artır. Qürurla söyləyə bilərik ki, bu, kəmiyyətin keyfiyyətə keçdiyi haldır.
Müvəffəqiyyətlə sona çatdırılmış layihələr sırasında aşağıdakıları qeyd edə bilərik:
  • Con Edvards və Bill Martinin Con Edvards və Bill Martinin "Schools That Deliver" məktəb müəllimləri üçün kitabının tərcüməsi
  • Bakı-2017 İslam Həmrəyliyi Oyunları üçün tərcüməBakı-2017 İslam Həmrəyliyi Oyunları üçün tərcümə
  • IV Bakı Beynəlxalq Teatr Konfransı üçün tərcüməIV Bakı Beynəlxalq Teatr Konfransı üçün tərcümə
  • Devid Perişin “Futbolka və Kostyum. Yaradıcı Biznesə Səyahət”  kitabının Azərbaycan dilinə tərcüməsiDevid Perişin “Futbolka və Kostyum. Yaradıcı Biznesə Səyahət” kitabının Azərbaycan dilinə tərcüməsi
  • “Sing Street”  filmi üçün  Azərbaycan dilində altyazıları“Sing Street” filmi üçün Azərbaycan dilində altyazıları
  • 2013


Akademik Şəfayət Mehdiyevə həsr edilmiş kitabın 5 dilə tərcüməsi2013


    Akademik Şəfayət Mehdiyevə həsr edilmiş kitabın 5 dilə tərcüməsi
  • 2014

“Korrupsiyaya qarşı mübarizə: “Beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda Beynəlxalq konfrans iştirakçılarının çıxışlarının tərcüməsi2014

    “Korrupsiyaya qarşı mübarizə: “Beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda Beynəlxalq konfrans iştirakçılarının çıxışlarının tərcüməsi
  • 2012

AzMeCo metanol zavodunun istifadə təlimatları toplusunun tərcüməsi2012

    AzMeCo metanol zavodunun istifadə təlimatları toplusunun tərcüməsi
  • 2011

“Maliyə vəsaitlərinin səmərəli şəkildə cəlb edilməsi. Beynəlxalq və yerli bazarlar” seminarında şifahi və yazılı tərcümə.2011

    “Maliyə vəsaitlərinin səmərəli şəkildə cəlb edilməsi. Beynəlxalq və yerli bazarlar” seminarında şifahi və yazılı tərcümə.
  • 2014-2015

Bakı 2015 İlk Avropa Oyunlarının çap materiallarının tərcüməsi.2014-2015

    Bakı 2015 İlk Avropa Oyunlarının çap materiallarının tərcüməsi.
  • 2015

“YARAT!” Müasir İncəsənət Məkanı ilə əməkdaşlıq2015

    “YARAT!” Müasir İncəsənət Məkanı ilə əməkdaşlıq

Qiymətlər

Tərcümə qiymətinin müəyyən edilməsi zamanı aşağıdakı amillər nəzərə alınır:
Sifarişin təcililiyi
Ödəniş şərtləri
Dil daşıyıcısının cəlb edilməsi*
Tərcümə növü**

*Xarici dilə tərcümə zamanı prosesə bu dilin daşıyıcısı cəlb edilə bilər. Bu isə tərcümə edilən mətnin həm dilin norma və standartlarına tam müvafiq olmasını, həm də onun təbii səslənməsini təmin edir.

**Bu və ya digər tərcümə növünün seçimi təqdim etdiyiniz sənədin təyinatından asılıdır. Sənəd geniş oxucu kütləsi üçün nəzərdə tutulubsa, biz yüksək keyfiyyətli tərcümədən istifadə etməyi məsləhət görürük. Sənəd sizə şəxsi və ya şirkətdaxili istifadə üçün lazımdırsa, biznes-tərcümə səviyyəsi kifayətdir.

Yüksək keyfiyyətli tərcümə
Mövzunun əhatə dairəsindəki norma və standartlara tam cavab verən ciddi və dəqiq ifadə tərzi tələb edən xüsusi mətnlər və şirkətlərin yerli bazarda imicini təmin edəcək vacib materialların tərcüməsi üçün təklif olunur.
Yüksək səviyyəli tərcümənin həyata keçirilməsi üçün biz mətn üzərində üçmərhələli iş prosesi tətbiq edirik. Prosesə aşağıdakı mərhələlər daxildir:

1. peşəkar tərcümə,
2. yüksək kvalifikasiyalı elmi redaktorun tərcüməni yoxlaması,
3. korrektor tərəfindən sonuncu təshih və qəlibə salınma.

Elmi redaktor tərcüməni ilkin materialla tutuşdurur, adekvatlığı, terminlərin yerində və düzgün işlədilməsini yoxlayır, üslub qüsurlarını aradan qaldırır və mətnin stilistik vəhdətini təmin edir.
Korrektor mətndə qrammatik səhvləri, orfoqrafiyanı, rəqəmləmənin düzgünlüyünü, ölçü vahidlərinin yazılışını, şərti ixtisarları, mündəricatı və digər məqamları yoxlayır.

Biznes-tərcümə
Biznes-tərcümə şəxsi və şirkət daxili sənədlərin tərcüməsi zamanı istifadə olunur.
Sənəd üzərində iş prosesi iki mərhələdən ibarətdir:

1. tərcümə
2. və korrektorun yoxlaması.

Bu qəbildən tərcümələrdə mətnin dərin redaktə işi nəzərdə tutulmur. Tərcümə yalnız korrektor tərəfindən yoxlanılır və bu zaman durğu, qrammatika və orfoqrafiya səhvləri düzəldilir.

Təfərrüatlı kommersiya təklifi almaq üçün office@babfish.az elektron ünvanına yazın və ya onlayn operatorumuza sual verin.

Bir fincan ləziz qəhvə…

Bildiyiniz kimi, təfəkkürümüzü, ruhumuzu və …əlbəttə ki, söz ehtiyatımızı heç bir şey mütaliə qədər zənginləşdirmir.
Zəngin söz ehtiyatı yaxşı tərcüməçi portretinin ən vacib ştrixi, daima tərcümənin gözəlliyi və dəqiqliyi arasında güzəşt axtarışında olan təcrübəli redaktorun isə əsas silahıdır. Tərcüməçilər bəzən zarafatla deyirlər: “Tərcümə də qadın kimidir – sadiqdirsə, demək gözəl deyil, gözəldirsə, demək sadiq deyil”.
Buna görə də, həyatın qaçaqaçında biz hər an mütaliə və düşüncələr üçün vaxt tapmağa çalışırıq. Burada sizinlə “bir fincan ləziz qəhvə” ilə oxuya biləcəyiniz kitablardan təəssüratlarımızı, habelə tərcüməçi və redaktorlarımızın məqalə və hekayələrini paylaşacağıq.
09.12.2016 Mədəniyyət sahəsində fəaliyyət göstərən menecerlər üçün onlayn kurslar ☒ Avropa İttifaqının proqramı çərçivəsində kurslarda iştirak ilə bağlı sertifikat ☒ Kursların mühazirəçiləri - Avropalı ekspertlər ☒ Hər kurs 8 dildə mövcuddur ☒ Hər bir kurs 15-30 dəqiqəlik qısa videodan ibarətdir ☒ Mədəniyyət sahəsində idarəetmə üzrə sürətli ixtisasartırma imkanı ☒ Praktikada tətbiq edilə bilən tövsiyə və alətlər 17.11.2016 Sound of a woman Do you know the sound of a woman? The sound, not a tone of a voice The moment you see her A warm and soft glow wraps you around 15.07.2016 Говорите по-английски красиво Чем больше разных слов вы употребляете и чем меньше избитых оборотов используете, тем изящнее звучит ваш рассказ.DAVAMI