+99412 555 25 51 +99451 756 11 33 +420 608 910 706 [email protected]
AZ RU EN
Azərbaycan dili
İngilis dili
Ərəb dili
Başqırd dili
Belorus dili
Bolqar dili
Macar dili
Gürcü dili
İspan dili
İtalyan dili
Qazax dili
Qırğız dili
Çin dili
Moldavan dili
Alman dili
Polyak dili
Rus dili
Slovak dili
Tacik dili
Tatar dili
Türk dili
Türkmən dili
Özbək dili
Ukrayna dili
Fars dili
Fransız dili
Hind dili
Çex dili
Mədəniyyət sahəsində fəaliyyət göstərən menecerlər üçün onlayn kurslarMədəniyyət sahəsində fəaliyyət göstərən menecerlər üçün onlayn kurslar
/ Заметки и статьи

Mədəniyyət sahəsində fəaliyyət göstərən menecerlər üçün onlayn kurslar


 

Aparıcı Avropalı mütəxəssislər tərəfindən mədəniyyət sahəsində fəaliyyət göstərən menecerlər üçün pulsuz onlayn kurslara start verilir 

Yaradıcılıq və mədəniyyət sahələrinin nümayəndələri strateji planlaşdırma, advokasiya üzrə və "Yaradıcı Avropa" proqramına ərizə verməklə əlaqədar təşkil edilmiş, avropalı ekspertlərin dərs dediyi, Avropa İttifaqının Şərq Tərəfdaşlığı "Mədəniyyət və Yaradıcılıq Proqramı" çərçivəsində təşkil edilmiş kurslarda iştirak edə bilər.

Hər bir kurs bir neçə qısa video filmdən ibarətdir və əməli tövsiyələrlə, nümunələrlə tamamlanmışdır. Kursları başa vurduqdan sonra sertifikat almaq mümkündür. 8 dildə təşkil edilən (rus, ingilis, rumın, Ukrayna, Belarus, gürcü, rumın, Azərbaycan dillərində) kursların proqramına Avropanın yaradıcılıq və mədəniyyət sahələrinə aid ən qabaqcıl təcrübələri daxil edilmişdir.

https://www.culturepartnership.eu/en/publishing/online-learning

Kursu keçmək və sertifikat ala bilmək üçün ilk növbədə xoşunuza gələn mövzunu www.culturepartnership.eu/publishing/online-learning  internet saytından seçməli, dərs materialları ilə tanış olmalı və testin suallarına cavab verməlisiniz. Hal-hazırda 4 kursda iştirak edə bilərsiniz:  "Strateji planlaşdırma", "Advokasiya","Kreativ Avropa" və “Təklifin hazırlanması”.

"Strateji planlaşdırma" kursunda təşkilatınızın fəaliyyət konsepsiyasını ifadə etməyi, daxili və xarici  təhlillərin aparılmasını, təşkilatınızın rəqabət üstünlüklərini müəyyənləşdirməyi, marketinq planlarını müvəffəqiyyətlə həyata keçirməyi öyrənəcəksiniz (yaradıcı biznes sahəsi üçün populyar kitabın müəllifi Devid Perrişdən).

"Advokasiya" kursu - bu video-dərslərdən sonra advokasiya sahəsi üzrə strategiyanı işləyib hazırlamağı öyrənməklə yanaşı kampaniyaları effektiv şəkildə həyata keçirməyə imkan verən əsas vasitə və metodlar haqqında əməli məsləhətlər alacaqsınız (kommunikasiya sahəsi üzrə beynəlxalq ekspert)

"Yaradıcı Avropa" proqramı üzrə distant təhsil kursu - Avropanın mədəniyyət sahəsində həyata keçirdiyi ən irimiqyaslı qrant proqramı olan "Yaradıcı Avropa" proqramına qrant almaq üçün ərizə verməyi addım-addım öyrədən təlimatların daxil edildiyi 5 video-mühazirə ("Yaradıcı Avropa" proqramının Litva və Estoniya milli bürolarının rəhbərləri Eqle Deltuvayte və Evelin Karu-Veskioyya tərəfindən) Kursu dinləyərək "Yaradıcı Avropa" proqramına qrant almaq üçün verilən ərizələrlə bağlı seçim meyarlarını, qeydiyyat prosesini, tərəfdaşları axtarmağın qaydalarını və müvəffəqiyyəti şərtləndirən amilləri öyrənə biləcəksiniz.

Mədəniyyət sahəsində fəaliyyət göstərən menecerlər “Layihə təkliflərinin yazılması” kursu vasitəsilə uğurlu layihə təkliflərinin hazırlanması qaydalarını, nəticə etibarilə, həmin layihələrin həyata keçirilməsi üçün vəsait əldə etməyin yollarını öyrənə bilərlər. Kurs bitdikdən sonra siz layihənin hədəflərini, məqsədlərini və gözlənilən nəticələrini müəyyənləşdirə, tərəfdaşlar tapa və müvafiq müraciətlər işləyib hazırlaya biləcəksiniz. Kurs layihə təkliflərinin hazırlanması və büdcənin tərtib edilməsi istiqamətində 12 ildən artıq təcrübəyə malik olan təlimçi Maqda Krasovskaya-İqrasın rəhbərliyi altında həyata keçirilir.

İl ərzində kurslara yeni mövzular, o cümlədən layihələr üzrə ərizələrin yazılması, maliyyə məsələləri (o cümlədən maliyyə vəsaitlərinin cəlb edilməsi), kommunikasiya, mədəniyyət sahəsində fəaliyyət göstərən təşkilatlar üçün layihə idarəetməsi və s. kimi mövzular əlavə ediləcəkdir. 

“Mədəniyyət və Yaradıcılıq” Proqramı çərçivəsində təşkil olunan kursun hər kəs üçün əlçatan olması faktı olduqca dəyərlidir. Əslində, hətta ən qızğın iş saatlarında belə fərdi inkişafın təmin olunması üçün yarım saat vaxt ayırmaq mümkündür. Kurslar yalnız fəaliyyətə yenicə başlayanlar üçün deyil, eyni zamanda yeni imkanlar axtarışında olan təcrübəli mədəniyyət menecerləri üçün də faydalı olacaqdır. Öz biliklərinizi Avropalı mütəxəssislərin yanaşmaları ilə müqayisə edərək yoxlayın”. Kursları uğurla başa çatdırdıqdan sonra Ukraynada Mədəniyyət Fəalları Konqresinin İdarəetmə Heyətinin Sədri Yelena Pravilo bu fikirləri paylaşır.

Avropa İttifaqının Şərq Tərəfdaşlığı "Mədəniyyət və Yaradıcılıq Proqramı" yaradıcılıq və mədəniyyət sahələrinin dəstəklənməsi, bu sahələrin Azərbaycan və Şərq Tərəfdaşlığının digər 5 ölkələsində sosial-iqtisadi inkişafındakı payının artırılması məqsədini güdür. Kurslar haqqında daha ətraflı məlumat almaq üçün www.culturepartnership.eu internet saytına daxil ola və ya [email protected] ünvanına elektron məktubla müraciət edə bilərsiniz.  

No comments
Post a Comment

Свежие Записи

Mədəniyyət sahəsində fəaliyyət göstərən menecerlər üçün onlayn kurslarSound of a womanГоворите по-английски красивоDEMƏYƏ SÖZ TAPMIŞAMHomo faber vs. Homo ludens

Рубрики

Отзывы на книгиЗаметки и статьиПромо статьиРассказы