+99412 555 25 51 +99451 756 11 33 +420 608 910 706 [email protected]
AZ RU EN
Азербайджанский
Английский
Арабский
Башкирский
Белорусский
Болгарский
Венгерский
Грузинский
Испанский
Итальянский
Казахский
Киргизский
Китайский
Молдавский
Немецкий
Польский
Русский
Словацкий
Таджикский
Татарский
Турецкий
Туркменский
Узбекский
Украинский
Фарси
Французский
Хинди
Чешский
FədakarFədakar
/ Рассказы

Fədakar

Ağ at yalı yerə qədər uzanan əzəmətli başını aşağı əyib kədərli-kədərli baxırdı. Ətrafdakıların üzündə elə dərin bir kədər var idi ki, sözlə demələrinə ehtiyac yox idi. Hamı əynində ağappaq libas olan, uzun dalğalı saçları belindən aşağı uzanan qızın ətrafına yığışmışdı. İzdiham içində ağlayanlar, dil deyənlər var idi, ama qızın üzündə elə sakitlik var idi ki, heyrət doğururdu. Niyə?

Uzun illər, bəlkə də əsrlər idi ki, yurd qayalarla əhatə olunmuş, susuz, dəhşətli bir yerə həbs olunmuşdu. Nicat yolu yox idi sanki. Üstəlik hər il yurd yerinə gələn yeganə bulağın qarşısını kəsən əjdahaya bir gəlinlik qız verilirdi, bir damla su üçün, yaşam üçün.

Ağ at bunların hamısının şahidi olmuşdu. Bu faciənin, dəhşətin başlandığı gündən əjdahaya göndərilən qızları tərkində aparıb boş qayıtmışdı. Amma qəddi əyilməmişdi, qocalmamışdı, əksinə ildən-ilə gözəlliyinin üstünə min gözəllik qoymuşdu, daha əzəmətli, daha cəlbedici, daha qəlb ovlayan olmuşdu. Qız saçı kimi yerə uzanan yalına illərlə, bəlkə əsrlərlə insan əli dəyməmişdi. Gözlərində bir kədər yaşamışdı, ona etibar edilən el gözəllərini bədheybətin yanına apararaq, qurban edilmələrinə sakitcə baxaraq yaşamışdı. Ona zillənən nəzərlərdə bir qürur da vardı, qəzəb də. Ağ at yaşlılardan yaşlı olub gənclərdən daha gənc görünürdü. O, heç zaman bu günkü kimi qayğılı olmamışdı, nəzərlərini camaatın əhatəsindəki qızdan, ağ libaslı, gəlin olmalıykən qurban olan qızdan çəkmirdi.

Amma onu bilin ki, mən o əjdaha qarşısında qorxuya həbs olaraq yox, azad biri kimi öləcəm!

Qız sakitcə durmuşdu, bir azca boynunu yana əyərək onunla vidalaşanlara, ağlayanlara dalğın-dalğın baxırdı və… Və nə qədər qəribə olsa da, gözlərində kədər yox idi, qürur, cəsarət var idi. Sanki onu gözləyən dəhşətli ölüm, əjdahanın cəhəngində ömrünü başa vurmaq onu qorxutmurdu, sanki həmin an ağ libaslı qız yerdə deyildi, ruhu ilə uzaqlara, səmalara ucalmışdı…

Və  elə bu qürura görə də ağ at ona heyran nəzərlərlə baxırdı.

Vida olunurdu!

Qız yaxşı bilirdi ki, bir daha böyüdüyü, canından daha artıq sevdiyi bu yerlərə qayıtmayacaq, bu insanları – yadları, doğmaları bir daha görməyəcək, heç nə daha artıq       təkrar olunmayacaq!

Yaxınlaşmaqda olan dəhşətli sonluq hər kəsi titrədərdi, təkcə Ağ libaslı qızı yox!

Bu an o bilirdi ki, son anlarını yaşayır, bir azdan ağ atı qarşısına çəkəcəklər, onu ata mindırəcəklər, at da yaraşıqlı başını qürurla yuxarı qaldıracaq, şahə qalxacaq, kişnəyəcək və dördnala onları gözləyən mənzilə yol açacaq. Bu səhnənin 18 dəfə şahidi olmuşdu. 18 dəfə ağ libaslı qızları ağ atın belində ölümə yollamışdılar. 18 dəfə hamının necə ağlamasının, vidalaşmasının seyrçisi olmuşdu. Və hər dəfəsində də hiss etmişdi ki, bu tale onu da gözləyir, ağlayaraq ölümünə addımlayan qızların taleyi. Və hər dəfəsində də hiss etmişdi ki, ağ at nə qədər şahanə görünsə də, bir kədər yükü var çiyinlərində. Bəlkə də bu ölümə gedən qızların kədəri idi. Bəlkə də öz gücsüzlüyünə, heç nəyi dəyişə bilməməsinə yanırdı. 18 il bu vidaya şahid olmaq Ağ libaslı qızın yaşına yaş qoymuşdu, kədəri erkən seyr etmişdi, görmüşdü. O anlayırdı ki, ağ at bu səhnəni illər bəlkə əsrlərdir görür, içdən yanır, acizliyinin alovunda qovrulur.

Və…

Və birdən qızın düşüncələri bir nöqtədə qırıldı, davamedilməz bir hala gəldi. Çünki pıçıltıyla və

foro viagra generico
dərin bir hüznlə bir kəlmə söz söylənmişdi: vaxtdır.

Qız başını qürurla qaldırdı, vida edənlərə gülümsünərək nəzər saldı. Hə… Bu son idi! Hər şeyin sonu.

Kahin ağır addımlarla qızına – bir daha görməyəcəyi qızına yaxınlaşdı, əllərini onun çiyinlərinə qoyub uzun müddət ala gözlərinin təsvirolunmaz baxışlarına baxdı, baxdı… Sanki ömürlük yaddaşına həkk etmək istəyirdi, sanki bu anı bir ömür yaşamaq istəyirdi. Və dodaqlarını qızının alnına toxundurdu. Bu an atanın ürəyində ağır bir daş asılmışdı, nəfəs almağa, qərar verməyə qoymurdu. Amma özünə qalib gəlməliydi! Taleyi belə idi.

Ağ at ona yaxınlaşanlara qəzəblə baxaraq, özü çiyinləri ilə özünə yol açıb qıza yaxınlaşdı.

Qızın üzündəki ifadə – qorxmazlıq, cəsarət ona da indiyə qədər nə olduğunu bilmədiyi bir güc verdi.

Kahin qızının qolundan tutub ata mindirməkçün ona yaxınaşdı və onda ağ libaslı qız həmin gün ərzində ilk dəfə dindi.

-Yox, ata, yox! Mən ölümə belə getməyəcəm. – üzünü həmqəbilələrinə tərəf tutaraq – Bilirəm hamınız üçün ağırdır. Bəlkə də aranızda elə adam var ki, bu vidanı yüz dəfə görüb, amma siz unutmayın! Mən canımı sizinçün verməyə gedirəm və buna hazıram! Həmişə bilmişəm ki, bu tale məni də gözləyir, indi də o an gəlib. Amma bir söz soruşacam. Burda yaşı yüzdən artıq olanlar var, siz deyin. Axırıncı dəfə nə zaman o bədheybətə qarşı çıxmağa cəhd eləmisiniz? Nə vaxt içinizdən heç olmasa bir adam cəsarətli çıxıb? Susursunuz? Mən bilirəm səbəbini! Çünki mübarizə olmayıb, həmişə tabe, boynubükük olmusunuz! Həmişə taleyinizin qulu olmusunuz! İndi mən gedirəm və öləcəyimi də bilirəm. Amma onu bilin ki, mən o əjdaha qarşısında qorxuya həbs olaraq yox, azad biri kimi öləcəm! Əlvida!

Qız atın belinə sıçradı. Ağ at da döyüşə gedən cəngavər təki səssizcə, əzəmətli başını irəli tutaraq, dördnala uzaqlaşdı.

* * *

O zamandan çox sular axıb, çox zaman keçib, amma hələ də bir zamanlar həbs olunmuş qəbilənin yaşadığı yerdə Ağ libaslı qız haqqında əfsanələr dolaşır. Deyirlər, onun  getdiyi gün qəbilə gecə ağ atın kişnərtisinə oyanıb, ağ atı al qan içində, döyüşdən çıxmış vəziyyətdə görüb. At heç kəsi yaxınına buraxmayıb. Başbilənlər uzun məsləhətdən sonra bir neçə cəsarətli gənci suyun mənbəyinə, əjdahanın məskəninə göndərib və gənclər orda yalnız başını yerə qoyaraq ölmüş əjdahanı və qızın qanlı örpəyini tapıblar…

Ağ atı həmin gecədən sonra görən olmayıb. Hara getdiyini heç kəs bilməyib.

Bəzən o yerlərdə gəzərkən hardan gəldiyi bilinməyən bir at kişnərtisi və qız naləsi eşidilir. Bəlkə də bu onların heç kəsin bilmədiyi sonluğunun qayaların yaddaşına çökmüş əks-sədasıdır… Bəlkə də bu Ağ atın və Ağ libaslı qızın son çağırışı, son fəryadıdır…

Kim bilir…

Paşa F.

No comments
Post a Comment

Свежие Записи

Mədəniyyət sahəsində fəaliyyət göstərən menecerlər üçün onlayn kurslarSound of a womanГоворите по-английски красивоDEMƏYƏ SÖZ TAPMIŞAMHomo faber vs. Homo ludens

Рубрики

Отзывы на книгиЗаметки и статьиПромо статьиРассказы